Azərbaycanda borc bazarı seqmentində mikromaliyyə təşkilatları üçün minimal hədd 1 milyon manatdan 500 min manata endiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu "Bakı Fond Birjası" QSC-nin (BFB) İdarə Heyəti sədrinin müavini Oqtay Qasımov Bakıda keçirilən 1-ci İnvestor-Mikromaliyyə Forumunda bildirib.
Onun sözlərinə görə, bu, sektorun maliyyə resurslarına əlçatanlığını artırmaq məqsədi ilə edilir: "Bununla bağlı qərar var və yaxın zamanlarda qüvvəyə minəcək".
O.Qasımov vurğulayıb ki, mikromaliyyə təşkilatları xırda biznes subyektlərinin maliyyələşdirilməsində mühüm əhəmiyyət kəsb edir: "Onlar daha çox çevikdirlər və kapital bazarları ilə inkişafı onlara daha böyük töhfə gətirir. Çünki bu, həmin təşkilatların daxili transformasiyasıdır və onların IFRS tələblərinə uyğun maliyyə hesabatları açıqlanmalıdır. Bu gün BFB-də listinq seqmenti onlar üçün əlçatandır. Biz maksimum dərəcədə bu seqmenti sadələşdirmişik ki, onlara əlçatlıq asan olsun". (Report)