"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi ötən ilin yanvarın sonlarında Anderson Talişkanı, iyulun əvvəllərində isə Con Duranı heyətinə qatıb.
Bu arada Səudiyyə Ərəbistanı nəhənginin prezidenti Abdulla Əl-Məced yerli ''Thamania'' kanalında yayınlanan bir podkastın qonağı olub. Əl-Məced hər iki ulduz barədə diqqətçəkən etiraflar edərək bunları deyib:
''Talişka diqqətini meydana yönəldə bilmədiyi üçün onunla yollarımızı ayirmağa qərar verdik. Davranışları heç də yaxşı deyildi. Biz də ondan qurtulmağa çalışdıq. Talişkanın iki əsas problemi var idi. Biri zədə, digəri oyun tərzi. Bizim komandamızdan daha çox sanki rəqib müdafiəçilərə yardım edirdi. Qətiyyən pressinq etmirdi. Ronaldonun varlığı onun üçün sanki bir təhdid idi. Rəqibə təzyiq göstərməyən bir futbolçuya güvənmək olmaz. Durana gəlincə onun hərəkətləri peşəkarlıqdan çox uzaq idi. Bizim xəbərimiz olmadan başqa klubla danışıqlar aparmağa yollanmışdı. Aldığımız təklif bizi qane etdiyindən ayrılmasına icazə verdik. Qalsaydı, ona qarşı sərt tədbirlər görməli olacaq və problemlər yaşayacaqdıq. Yaxşı ki işlər onun istədiyi kimi getmədi''.
Duran indiyə qədər ''sarı-lacivərdlilər''də 21 rəsmi oyunda 5 qol, 2 məhsuldar ötürmə, Talişka isə 30 rəsmi oyunda 17 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.