AZ

Dəhşətli təyyarə QƏZASI: Ölənlər arasında deputat da var

Kolumbiyada heyət və sərnişinlər də daxil olmaqla 15 nəfəri daşıyan "Beechcraft 1900" sərnişin təyyarəsi qəzaya uğrayıb və sağ qalan olmayıb.

Ekologiya.az xəbər verir ki, bu barədə İspaniyanın "El País" qəzeti məlumat yayıb.

Məlumat Mülki Aviasiya İdarəsi və Nəqliyyat Nazirliyi tərəfindən yaradılmış birgə komandanlıq mərkəzinə istinadən verilib.

Təyyarə Kolumbiyanın "Satena" aviaşirkətindən kommersiya sərnişin daşıyan çarter aviaşirkəti "Searca" tərəfindən icarəyə götürülüb.

Məlumatda bildirilir ki, təyyarə dünən Kukutadakı Kamilo Daza hava limanından yola düşüb və yerli vaxtla təxminən saat 12:05-də (Bakı vaxtı ilə saat 21:05) Okana bələdiyyəsindəki Aguas Claras hava limanına enməli idi.

Həlak olanlar arasında Kolumbiya parlamentinin deputatı Diogenes Kintero Amaya və namizəd Karlos Salsedo da olub.

Təyyarə yerli sakinlər tərəfindən aşkar edilib.

Seçilən
1
ekologiya.az

1Mənbələr