AZ

Çində 11 nəfər edam edilib

Çində qətl, dələduzluq və narkotik alveri ittihamlarında təqsirli bilinən cinayətkar sindikatın 11 nəfər edam edilib.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Edam Çinin şərqindəki Cjetszyan əyalətinin Vençjou şəhərinin məhkəməsi tərəfindən Ali Xalq Məhkəməsinin təsdiqi alındıqdan sonra həyata keçirilib.

Sindikat Çin sərhədi boyunca Myanmanın şimalında fəaliyyət göstərib, dələduzluq qurbanları isə ölkə vətəndaşları olub. "Min Ailəsi" sindikatı 10 milyard yuandan çox (təxminən 1,4 milyard dollar) məbləğdə qumar və dələduzluq əməllərinə qarışıb. Sindikat, həmçinin insanların qanunsuz şəkildə saxlanması, qəsdən adam öldürməkdə ittiham olunub. Onlar 14 Çin vətəndaşının qətlində və altı nəfərin yaralanmasında təqsirli bilinib.

Seçilən
11
far.az

1Mənbələr