"Qarabağ" Çempionlar Liqasının 8-ci turunda "Liverpul"a 0:6 hesabı ilə məğlub olmasına baxmayaraq, pley-offa adlamaqla, tarixi uğura imza atıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan klubu 2016-cı ildən bəri Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan ilk possovet məkanı təmsilçisi olub.
MDB məkanı klubları üçün uğursuz seriya 2016-cı ildən - 10 il əvvəl "Zenit"in 1/8 finala vəsiqə qazanmasından sonra davam edirdi.
"Qarabağ"ın rəqibi sabah keçiriləcək püşkatmada müəyyənləşəcək. Bu, ya PSJ, ya da "Nyukasl" olacaq.
Xatırladaq ki, Çempionlar Liqasının cari mövsümünün pley-off mərhələsi 2026-cı il fevralın 17-18-də və 24-25-də keçiriləcək.