AZ

Azərbaycan çempionatına yekun vuruldu

futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kişi və qadın boksçular arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 33 komandanın 166 idmançısı qüvvəsini sınayıb. 7 gün davam edən turnirin son günündə kişilər arasında 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Final görüşlərini gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev, Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov, Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov və digər federasiyaların rəsmiləri də izləyiblər.

Döyüşlərdən öncə Azərbaycan boksçularının 2025-ci il ərzində qatıldığı beynəlxalq turnirlər və qazandığı uğurlarla bağlı videorolik nümayiş etdirilib. Ardınca gənclər və idman naziri Fərid Qayıbov boks üzrə milli komandalarımızın beynəlxalq yarışlarda inamlı çıxışını, Sübhan Mamedovun 19 yaşında dünya çempionu olmasını yüksək qiymətləndirib. O, Azərbaycan çempionatının yüksək səviyyədə təşkilini, finallarda gənclərin üstünlük təşkil etdiyini və bunun sevindirici olduğunu xüsusi vurğulayıb.

Daha sonra Azərbaycanın ən güclü boksçuları müəyyənləşib. Rəsmi qonaqlar 50 kq və 55 kq çəki dərəcəsində ilk 3 yerin sahiblərini mükafatlandırıblar.

Həlledici döyüşlərdə qalib gələn Bilalhəbaşi Nəzərov, Nicat Hüseynov, Məhəmmədəli Aşırəliyev, Maqsud Xasmetov, Nəbi İsgəndərov, Abbasqulu Şadlinski, Murad Allahverdiyev, Ramal Həsənli, Rauf Rəhimov və Batraz Mildzoxov çempion tituluna sahib olublar.

Turnirin komanda hesabında “Neftçi” İdman Klubu 6 qızıl, 2 gümüş və 5 bürünc medalla birinci yeri tutub. İkinci pilləyə “Dəmir Yumruq” Boks İdman Klubu (2-1-2) yiyələndiyi halda, “üçlüy”ü MOİK (1-1-5) qapayıb.

Çempionatda ən yaxşı boksçu adına Məhəmmədəli Aşurəliyev layiq görülüb. Qalib Əbiyev ən yaxşı rinq, Elxan Quliyev ən yaxşı yan hakim seçilib.

Qeyd edək ki, qadın boksçuların mübarizəsinə 1 gün öncə yekun vurulub. Lalə Mədətova (48 kq), Cəmilə Sultanlı (51 kq), Emili Rzayeva (60 kq) və Fatimə Mehdiyeva (65 kq) çempion tituluna yiyələniblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
2
futbolpress.az

3Mənbələr