ain.az, Ses qazeti saytına istinadən bildirir.
28.01.2026-cı il tarixdə YAP Gədəbəy rayon təşkilatının əməkdaşı, Gədəbəy rayon İHB-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Gədəbəy rayon Cümə məscidinin imamı, eləcə də kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğrunda öz canından keçən Şəhidimiz- rayonun Novoivanovka kənd sakini Əliyev Məmməd Cahangir oğlunun doğum günü münasibəti ilə məzarı ziyarət edilərək xatirəsi ehtiramla anıldı, məzarı üzərinə gül dəstələri düzüldü və ruhuna dualar oxundu.
Ailəsi ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənildi. Şəhid ailələri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.