Bank Olmayan Kredit Təşkilatları tərəfindən son 3 il ərzində 85,8 milyon manatlıq istiqraz buraxılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA), Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və Bakı Fond Birjasının (BFB) birgə təşkilatçılığı ilə keçirilən Mikromaliyyə forumunda Mərkəzi Bankın Baş direktoru Fuad İsayev deyib.
Onun sözlərinə görə, istiqraz buraxılışı 97 faizi milli valyutada olub:
"2023-cü illə müqayisədə 2025-ci ildə istiqraz buraxılışı 4 dəfəyə yaxın artıb. İstiqraz buraxılışı üzrə orta müddət 2,5 il təşkil edib".