AZ

Bakı Fond Birjası mikromaliyyə təşkilatları üçün borc bazarında minimal tələbi azaldıb

Bakı Fond Birjası (BFB) mikromaliyyə təşkilatları üçün borc bazarında nominal minimal tələbi 1 milyon manatdan 500 min manata endirib. Bunu BFB-nin Baş İcraçı direktorunun müavini və Baş Kommersiya inzibatçısı Oqtay Qasımov Bakıda keçirilən Mikromaliyyə Forumunda deyib.

“Borc bazarı seqmentində nominal minimal tələb hazırda 1 milyon manatdır. Mikromaliyyə təşkilatları üçün əlçatanlığı artırmaq məqsədilə bu məbləği 500 min manata endirmişik. Qərar artıq qəbul olunub və yaxın zamanda rəsmi elan ediləcək,” – o bildirib.

Qərar mikromaliyyə təşkilatlarının kapital bazarlarına çıxışını asanlaşdırmaq məqsədi daşıyır.

Qasımovun sözlərinə görə, Bakı Fond Birjasında əsas bazar listinq seqmenti iri və inkişaf etmiş şirkətlər üçün, standart bazar seqmenti isə inkişafda olan və daha kiçik şirkətlər üçün nəzərdə tutulub.

N.Təbrizli

Seçilən
81
2
anews.az

4Mənbələr