AZ

Ceyhun Cəlilov Sədərəkdə vətəndaş qəbulu keçirdi - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Sədərək rayonunda vətəndaş qəbulu keçirib.


Manset.az xəbər verir ki, qəbul zamanı 100-dən artıq rayon sakininin, o cümlədən şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının müraciətləri dinlənilib.

Qəbulda vətəndaşlar əsasən sosial təminat, məşğulluq, əlillik və reabilitasiya, kommunal xidmətlər, içməli və suvarma su təsərrüfatı, eləcə də digər sosial məsələlərlə bağlı müraciətlər ediblər.

Səlahiyyətli nümayəndə qaldırılan məsələlərin hər birinin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını və onların həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.

Seçilən
15
manset.az

1Mənbələr