AZ

"LUKOIL" ABŞ şirkəti ilə xarici aktivlərin satışı haqqında saziş imzalayıb

Rusiyanın "LUKOIL" şirkəti ABŞ-nin "Carlyle" şirkəti ilə xarici aktivlərin satışına dair saziş imzalayıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Rusiya KİV-ləri şirkətin bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, xarici aktivlərin digər potensial alıcıları ilə danışıqlar davam edir.

"Carlyle" 1987-ci ildə təsis edilmiş və mənzil-qərargahı Vaşinqtonda yerləşən ən böyük qlobal investisiya şirkətlərindən biridir. (Report)

Seçilən
10
1
fed.az

2Mənbələr