
Portuqaliyanın “Benfika” klubunun qapıçısı Anatoli Trubin Çempionlar Liqasında İspaniyanın “Real Madrid” klubuna qol vurub.
Yeniavaz.com xəbər verir ki, ukraynalı qapıçının ikinci hissənin əlavə olunmuş dəqiqəsində vurduğu qol komandasına rəqib üzərində 4:2 hesablı qələbə qazandırıb.
Belə ki, matçın 90+8-ci dəqiqəsində “Benfika”nın qazandığı cərimə zərbəsi zamanı Trubin də hücuma qoşulub və “Real Madrid”in cərimə meydançasına daxil olaraq, topu qapıdan keçirib.
Trubinin qolu “Benfika”nı Çempionlar Liqasının ümumi turnir cədvəlində 24-cü yerə yüksəldib və top fərqinə görə Fransanın “Marsel” komandasını geridə qoyub. Portuqaliya komandası indi pley-off mərhələsində oynayacaq və bu mərhələyə 9-24-cü yerləri tutan klublar da daxil olacaq.
Digər tərəfdən, bu qolla Trubin Çempionlar Liqasının əsas mərhələsində qol vuran beşinci qapıçı olub.