AZ

Henninq Sasse: "Norm uzunmüddətli istehsal dayanıqlığının təmin olunmasını hədəfləyir"

Norm şirkəti sement istehsalında əsas xammal kimi istifadə olunan klinkerin istehsal gücünü artirarar gündəlik həcmi 6 500 tona çatdırıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Bakıda keçirilən beynəlxalq beton konfransı və sərgisində Norm ASC nin baş icraçı direktoru Henning Sosse bildirib. 

H.Sossenin sözlerine görə, bazar sabitliyinin təmin olunması məqsədilə klinker istehsal gücünün artırılması üzrə layihə uğurla başa çatdırılıb. Görülən modernizasiya işləri nəticəsində istehsal həcmi gündəlik 5000 tondan 6500 tona yüksəldilib.

Layihə çərçivəsində soba və soyuducu sistemlər təkmilləşdirilib. Modernizasiya işləri planlaşdırılmış dayanma müddəti ərzində tamamlanaraq istehsal prosesində fasiləsizliyin qorunmasına imkan verib.

Eyni zamanda, xammal dəyirmanının gücü 10% artırılıb ki, bu da ilkin olaraq qarşıya qoyulan 5%-lik hədəfi əhəmiyyətli dərəcədə üstələyir.

O həmçinin bildirib ki, genişləndirilmiş kalsiner sistemi alternativ yanacaqlardan daha yüksək səviyyədə istifadəni mümkün edir və istilik enerjisi sərfiyyatının azalmasına töhfə verir. Bu addım həm istehsal səmərəliliyinin artırılmasına, həm də enerji effektivliyinin yüksəldilməsinə xidmət edir.

Layihənin həyata keçirilməsi ilə bazarın tələbatına daha çevik cavab verilməsi və uzunmüddətli istehsal dayanıqlığının təmin olunması hədəflənir.

Seçilən
19
fed.az

1Mənbələr