AZ

Rusiya və Çindən Avropaya gözdağı: Üstünlük əldən gedir

Rusiya və Çin kosmik sistemləri Avropa İttifaqının kosmik sistemlərini  sıradan çıxarmağa hesablanmış  fəaliyyəti  Avropanın kosmik təhlükəsizliyini  ciddi risklərlə üz-üzə qoyub.

 Azreform.info  “Euronews”ə istinadən xəbər verir ki, bunu Brüsseldə keçirilən 18-ci Avropa Kosmik Konfransında çıxış edən Almaniya Müdafiə Nazirliyinin müşaviri Yens Plötner  deyib.
 Onun sözlərinə görə, Avropanın geosiyasi rəqibləri gələcək mümkün münaqişələrə hazırlıq çərçivəsində Aİ-nin kosmik aktivlərini qeyri-sabitləşdirməyə yönəlmiş məqsədli fəaliyyətlər həyata keçirirlər.

Plötner qeyd edib ki, Rusiya və Çin kosmik sistemləri sıradan çıxarmağa hesablanmış “əks-kosmik imkanlar”ı sürətlə inkişaf etdirir. Bu fəaliyyətlərin artıq nəzəri təhlükə olmadığını vurğulayan alman rəsmisi bildirib ki, Almaniya da daxil olmaqla Avropa ölkələrinin kosmik infrastrukturu bu gün müntəzəm şəkildə qəsdən müdaxilələrə məruz qalır.

O qeyd edib ki, bu cür müdaxilələr demək olar  hər gün müşahidə olunur. 
Xüsusilə Çin peyklərinin orbitdə son dərəcə çevik və mürəkkəb manevrlər həyata keçirdiyini diqqətə çatdıran Plötner bu prosesi kosmosda baş verən “it döyüşləri”nə bənzədib. O bildirib ki, peyklər arasında baş verən bu manevrlər potensial təhlükə yaradır və kosmik mühitin hərbiləşdirilməsinin dərinləşdiyini göstərir.

Plötner çıxışında kosmik infrastrukturun müasir münaqişələrdə həlledici rol oynadığını xüsusi vurğulayıb. Onun fikrincə, gələcək müharibələrdə hücumlar ilk növbədə kosmik sistemləri hədəf alacaq:

“Kosmik infrastrukturumuza qarşı hücumların hər hansı gələcək münaqişənin çox erkən mərhələsində baş verəcəyini qəbul etməliyik. Hətta belə hücumların elementləri bu gün artıq hibrid kampaniyaların bir hissəsi kimi həyata keçirilə bilər.”

Plötner onu da bildirib ki, mövcud risklər fonunda AB-nin təkbaşına hərəkəti kifayət deyil və bu sahədə ABŞ və NATO ilə daha sıx əməkdaşlıq həyati əhəmiyyət daşıyır.
O vurğulayıb ki, kollektiv yanaşma olmadan Avropanın kosmik aktivlərini qorumaq mümkün olmayacaq.

Mürtəza

Seçilən
1
4
azreform.info

5Mənbələr