AZ

Pensiyaçılara şad xəbər: Gələn həftə artımların məbləği bilinəcək

"Qanunvericiliyə görə pensiyalar ildə bir dəfə artır və bu da növbəti ilin yanvarında olur. Əmək pensiyalarının hər il indeksləşdirilməsi "Əmək pensiyaları haqqında" qanunun tələbidir. Bu, vətəndaşın qanunla müəyyənləşdirilmiş şəkildə haqq etdiyi məsələdir".

"Unikal" xəbər verir ki, bunu deputat Əli Məsimli deyib. Onun sözlərinə görə, qanunla müəyyənləşdirilmiş qaydada pensiyaların artırılması zamanı gəlib çatıb:

"Fevral ayının birinci dekadası ərzində pensiyaların nə qədər artırılacağı barədə sərancam veriləcək. "Əmək pensiyaları haqqında" qanunun 29-cu maddəsinin 1-ci bəndinin tələblərinə görə, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının  illik artım tempinə uyğun olaraq  indeksləşdirilir. Bu o deməkdir ki, pensiyaların artımı  Dövlət Statistika Komitəsi tərəfindən elan edilən əvvəlki il üzrə orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçirilir. 2025-ci ildə əmək pensiyaları Dövlət Statistika Komitəsinin elan etdiyi 2024-cü  ilin orta aylıq əməkhaqqı məbləğinin nominal artım göstəricisinə uyğun olaraq 8,1 faiz  artırılmışdı. Həmin qayda ilə bu il də əmək pensiyaları bu dəfə 2025-ci ildə orta aylıq əməkhaqqının orta artım tempinə uyğun səviyyədə indeksləşdiriləcək. Hələlik bu artımın dəqiqləşdirilmiş son göstəricisi yoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, orta əməkhaqqı 2025-ci ilin yanvar-noyabr aylarında 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən 9,3 faiz artıb. Rəsmi açıqlamalarda hələlik 9-9,2 faiz arasında artım olacağı barədə fikirlər səsləndirilir. Artımın gerçəkdən neçə faiz olacağı barəda konkret  rəqəm gələn həftə, yəni fevral ayının əvvəllərində məlum olacaq. Dövlət Statistika Komitəsi 2025-ci il üzrə nominal əməkhaqqının orta illik artım tempini elan edən kimi, həmin göstəriciyə uyğun olaraq 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması barədə fevralın əvvəllərində xüsusi Prezident sərəncamı veriləcək".

Deputat bildirib ki, indeksləşdirmədən sonra ötən il pensiyaçıların yarıya qədərinin median pensiya səviyyəsində, yəni, 360 manat  ətrafında aldığı pensiyalar təqribən 33 manat artıb 393 manata, 543 manat elan edilən orta pensiya ətrafında pensiya alanların pensiyası isə 50 manat ətrafında artıb 593 manata çatacağı gözlənilir: ""Əmək pensiyaları haqqında" qanunun tələbinə uyğun olaraq  pensiya artımı əmək pensiyalarının hər üç növünə, yəni, yaşa görə, ailə başçısını itirməyə görə, eləcə də əlilliyə görə əmək pensiyası alanlara şamil ediləcək. Bu əsasda pensiya artımının 1,1 milyon pensiyaçını əhatə edəcəyi gözlənilir. Hələ 2025-ci il üzrə əməkhaqqının orta illik artım göstəricisi məlum olmadığından, pensiyaçılar bu ilin yanvar ayında da əvvəlki məbləğdə pensiya aldılar. Pensiyaçılar artan pensiyalarını yanvar ayının artımı da daxil olmaqla yanvar-fevral ayları üzrə artan məbləği birlikdə fevral ayında alacaqlar. Yəni, pensiyası 400 manat olan pensiyaçının pensiyası 37 manata yaxın artaraq  437 manata çatacaq. Amma o fevralda həm yanvar və həm də fevral ayının artmlarını birlikdə almaqla 474 manat alacaq. Mart ayından başlayaraq isə 437 manata yaxın  pensiya alacaq".

Ə.Məsimli qeyd edib ki, "Əmək pensiyaları haqqında" qanunun  29.1-1 maddəsinin tələblərinə görə, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə  istehlak qiymətləri indeksinin, yəni, inflyasiyanın illik səviyyəsinə uyğun olaraq  indeksləşdirilir:

"2025-ci ildə fərdi şəxsi hesablardakı pensiya kapitalları rəsmi inflyasiya göstəricisi kimi qeydə alınmış 2,2 faiz səviyyəsində indeksləşdirilərək artırılmışdı. Sözügedən qanuna əsasən, 2026-cı ildə  sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 2025-ci ilin rəsmi  inflyasiya göstəricisi səviyyəsində indeksləşdiriləcək. Bu rəqəm artıq məlumdur. 2026-cı ildə  sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 5,6 faiz səviyyəsində indeksləşdiriləcək. Hazırda 320 manat  pensiya təminatı üçün  minimum 46 080 manat  pensiya kapitalı və ya 25 il iş stajı (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) tələb olunur. Fərdi hesabında minimum 46 080 manat  pensiya kapitalı olan və minimum pensiya alan vətəndaşın vəsaiti bu il  2580 manat artırılıb 48 660 manata, fərdi hesabında 60 min manat olan pensiyaçının vəsiti- 3360 manat artırılaraq  63 360 manata çatacaq və s. Beləliklə, bu il əmək pensiyalarında artım 9 faiz ətrafında, vətəndaşların fərdi hesabında olan pensiya kapitalının artımı isə 5,6 faiz olacaq. Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birlikdə ödəniləcək".

Seçilən
27
17
unikal.az

10Mənbələr