AZ

Azərbaycanda indiyədək 400 mindən çox dövlət aktı əsasında hüquq sənəd təqdim olunub

Azərbaycanda indiyədək torpaq və daşınmaz əmlak üzrə yüz minlərlə vətəndaşın mülkiyyət hüquqları rəsmiləşdirilib, minlərlə obyekt dövlət reyestrində qeydiyyata alınıb.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 60 920 ədəd daşınmaz əmlak üzrə dövlət vəsaiti hesabına elektron çıxarış təqdim edilib, həmçinin 413 423 dövlət aktı əsasında hüquq təsdiq edən sənəd üzrə vətəndaşlara çıxarışlar verilib.

Sədr bildirib ki, 23 587 qeyri-yaşayış binası və obyekt üzrə mülkiyyət hüquqları tanınıb və dövlət reyestrində qeydiyyata alınıb, 4 602 obyekt üzrə isə hüquqlar dövlət hesabına elektron çıxarışla rəsmiləşdirilib.

N.Alimova qeyd edib ki, həyata keçirilən tədbirlər daşınmaz əmlakın qeydiyyatı prosesinin sadələşdirilməsinə, hüquqların operativ rəsmiləşdirilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Seçilən
29
far.az

1Mənbələr