AZ

ABŞ də güc strukturu əməkdaşlarına təxribatçılarla ünsiyyətə girməmək əmr olundu

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ hakimiyyəti kütləvi etirazlar fonunda Minnesota ştatında miqrant reydləri zamanı İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) xidmətlərinin əməkdaşlarına təxribatçılarla ünsiyyətə girməməyi əmr edib.

Oxu.Az xəbər verir ki, məlumatı "Reuters" agentliyi yayıb.

Məlumata görə, bu tapşırığın Minnesota ştatındakı əməkdaşlara Prezident Donald Trampın immiqrasiya ilə bağlı sərt tədbirləri çərçivəsindəki daxili təlimatlara əsasən verildiyi bildirilir.

Yeni təlimatlar yalnız cinayət ittihamı və ya məhkumluğu olan miqrantların təqibinin mümkünlüyünü nəzərdə tutur.

Sənəddə qeyd olunur ki, xidmət əməkdaşları ilə miqrantlar arasında ünsiyyət yalnız zabitlərin əmri əsasında gerçəkləşdirilə bilər. Təlimatlarda deyilir ki, hər hansı digər ünsiyyət mənasız və arzuolunmaz hesab olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
oxu.az

2Mənbələr