Bakı. Trend:
“Bakı Fond Birjası” QSC (BFB) mikromaliyyə təşkilatları üçünborc bazarında minimal tələbin 500 min manata endirilməsi ilə bağlımüvafiq qərarını şərh edib.
BFB-nin İdarə Heyətinin üzvü Oqtay Qasımov Bakıda keçirilənMikromaliyyə Forumu çərçivəsində Trend-ə açıqlamasında bildirib ki, mikromaliyyətəşkilatlarının bazara çıxışını asanlaşdırmaq və investorlarınhüquqlarını daha effektiv qorumaq məqsədilə listinq tələblərindədəyişiklik edilib.
Onun sözlərinə görə, indiyədək bəzi mikromaliyyə təşkilatlarınınhəyata keçirdiyi istiqraz emissiyalarının həcmi bir milyon manataçatmadığı üçün listinqə düşmək mümkün olmurdu:
“Bizdə elə emissiyalar olurdu ki, mikromaliyyə təşkilatlarıbazara çıxış edərək müəyyən həcmdə vəsait yerləşdirirdilər. Lakinbəzi hallarda bu məbləğ bir milyon manata çatmadığı üçün listinqmümkün olmurdu. Nəticədə həmin istiqrazları alan investorlarlistinqdə olmadıqlarına görə vergi güzəştlərindən yararlanabilmirdilər”.
Oqtay Qasımov qeyd edib ki, listinq mexanizmi həm də şəffaflığınvə məlumat açıqlığının təmin olunması baxımından vacibdir:
“Listinqdə olan şirkətlər üçün açıqlanması məcburi olanməlumatlar var. Listinqə düşməyən şirkətlər isə bu məlumatlarıpaylaşmaq öhdəliyi daşımırlar. Biz şirkətləri listinqə almaqla,eyni zamanda investorları da qoruyuruq. Çünki listinq qaydalarınaəsasən, emitentlər maliyyə hesabatlarını və digər vacib məlumatlarıaçıqlamalıdırlar”.
O, əlavə edib ki, açıqlanan bütün məlumatlar Bakı FondBirjasının rəsmi internet saytında investorlar üçün açıq şəkildəyerləşdirilir:
“Saytımızda "bazara baxış" bölməsi mövcuddur. Həmin bölmədəlistinqə düşən emitentlərin adları və onlar barədə ətraflıməlumatlar dərc olunur. İnvestorlar həm maliyyə hesabatlarıbaxımından, həm də istiqrazlar üzrə keçirilən birja əməliyyatlarınıdaha sıx izləyə bilirlər”.
Qeyd edək ki, Bakı Fond Birjası mikromaliyyə təşkilatları üçünborc bazarında minimal listinq tələbinin məbləğini 500 min manataendirib. Dəyişiklikdən əvvəl borc bazarı seqmentində nominalminimal tələb bir milyon manat təşkil edirdi.