AZ

Trampın İrandan üç tələbi var NYT detalları yazdı

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı və ballistik raketləri ilə bağlı üç tələb irəli sürüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.

Nəşr iddia edir ki, Tramp tələb etdiyi müqavilə ilə bağlı konkret təfərrüata varmayıb, yalnız nəhəng bir armadanın İrana yaxınlaşdığını və ölkənin razılaşma əldə etməli olduğunu bildirib.

Məlumata görə, tələblərə uranın zənginləşdirilməsinin birdəfəlik dayandırılması, mövcud ehtiyatların məhv edilməsi, eləcə də ballistik raketlərin mənzili və sayının məhdudlaşdırılması daxildir.

Bundan əlavə, Tehrandan Yaxın Şərqdəki proksi qruplara dəstəyini dayandırması tələb olunur.

Safura Bənnayeva

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
globalinfo.az

1Mənbələr