AZ

Dağıstanda terror aktının qarşısı alındı

Bakı. Trend:

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməliyyatçılarıDağıstanda dəmir yolu sahəsində və dini obyektdə terror aktlarıhazırlayan iki silahlı şəxs zərərsizləşdirilib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə FSB-nin İctimaiyyətlə ƏlaqələrMərkəzi məlumat yayıb.

Məlumata görə, cinayətkarların hədəfləri dini ibadət obyekti,həmçinin Şimali Qafqaz Dəmir Yolunun Mahaçqala ərazi idarəsinə aidMahaçqala-Dərbənd dəmir yolu sahəsi olub.

Müəyyən edilib ki, Dağıstanın iki sakini “Telegram” vasitəsiləbir ekstrimist cəlb edən şəxslə əlaqə qurub və terror aktlarıtörətməyə hazır olduqlarını bildiriblər. Kuratorun göstərişi iləonlar hədəfləri seçib, kəşfiyyat aparıb və kustar üsulla partlayıcıqurğu hazırlayıblar.

FSB-nin açıqlamasına görə, Qarabudağkənd rayonunun Ullubiyevodəmir yolu stansiyası yaxınlığında terror aktı törətməyə cəhdzamanı saxlanılarkən şübhəlilər silahlı müqavimət göstərib və cavabatəşi ilə öldürülüblər.

Məqalədə:
Seçilən
20
1
az.trend.az

2Mənbələr