AZ

Qrenlandiya üzrə üçtərəfli danışıqlar

AzVision.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, ölkələr arasında aylarla davam edən gərginlikdən sonra yanvarın 28-də ABŞ, Qrenlandiya və Danimarka arasında danışıqlar başlayıb.

“Kopenhagenin qırmızı xətlərinə sadiq qalaraq Danimarka, Qrenlandiya və ABŞ-dən olan yüksək vəzifəli məmurlar Vaşinqtonun Arktika ilə bağlı təhlükəsizlik problemlərinin necə həll olunacağınımüzakirə etmək üçün görüşdülər”,- Danimarkanın Xarici İşlər Nazirliyinin agentliyə verdiyi yazılı şərhdə deyilir.

Tramp Qrenlandiyanı hədələyib
ABŞ-nin dövlət katibi Marko Rubio yanvarın 28-də bildirib ki, Vaşinqton hazırda Qrenlandiya ilə bağlı “müsbət” nəticə verməli olan texniki məsləhətləşmələrlə məşğuldur.

Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen isə Parisdəki Sciences Po Universitetində çıxışında ABŞ ilə danışıqlarda keçilməsi mümkün olmayan qırmızı xətlərin olduğunu deyib.

Xatırladaq ki, yanvarın 21-dən sonra ABŞ prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı qarşıdan gələn razılaşmanın əsasını qoyduğunu açıqlamışdı.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
21
2
azvision.az

3Mənbələr