AZ

ABŞ və Danimarka Qrenlandiya ilə bağlı danışıqlara başladı


ABŞ və Danimarka Qrenlandiyanın gələcəyi ilə bağlı danışıqlara başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin yazdığına görə, danışıqların əsas məqsədi Tramp administrasiyasının Danimarkanın suverenliyinə xələl gətirmədən və Arktika adasını ABŞ-nin nəzarətinə vermədən Amerikanın mövcudluğunu gücləndirmək istəyini təmin etməkdir.
Agentlik həmçinin qeyd edib ki, ABŞ və Danimarka nümayəndələri Amerikanın əsas diqqət mərkəzində olan Arktikanın təhlükəsizlik məsələlərinin həlli yollarını müzakirə ediblər.
Müzakirələrin əsas mövzularından biri də Krallığın qırmızı xətlərini nəzərə almaq və onlara hörmət etmək olub.
Agentliyin məlumatına görə, danışıqlar Trampın ötən həftə gələcək razılaşmanın konturlarını təqdim etməsindən sonra baş tutub.
Seçilən
78
yeniavaz.com

1Mənbələr