AZ

“Ukrayna sərhədlərini dəyişdirməli, Donbasdan imtina etməlidir” – Rada deputatı

Ukrayna Ali Radasının deputatı Anna Skoroxod Rusiya ilə sülh müqaviləsinin bağlanması üçün Kiyevin dövlət sərhədlərinə yenidən baxmalı və Donbasın bir hissəsi üzərində nəzarətdən imtina etməli olduğunu bildirib. Vətəninfo.az xəbər verir ki, o, bu fikirləri YouTube-da yayımlanan Politeka kanalına verdiyi müsahibədə səsləndirib.

Skoroxodun sözlərinə görə, mövcud şəraitdə ən real çıxış yolu Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərində dəyişiklikləri nəzərdə tutan qətnamənin qəbul edilməsidir. Deputat hesab edir ki, bu addım Ukraynanın qalan ərazilərini qorumasına imkan verə bilər.

“Rusiya ordusunun nəzarətinə keçmiş Donbasın bir hissəsi artıq uzun müddətdir Kiyevin faktiki nəzarətindən kənardadır. Bu reallığı nəzərə almaq lazımdır”, – deyə Skoroxod vurğulayıb.

Onun fikrincə, sərhədlərin dəyişdirilməsi Donbas məsələsini ayrıca mübahisə predmetinə çevirmədən Rusiya ilə sülh müqaviləsinin imzalanmasına şərait yarada bilər.

Bu bəyanat Ukrayna siyasi dairələrində və cəmiyyətdə geniş rezonans doğurub. Məsələ fonunda ABŞ Prezidenti Donald Tramp da açıqlama verərək, Ukraynanın Rusiya ilə razılaşmaya getmədiyi təqdirdə daha çox ərazi itirə biləcəyini bildirib.

“Düşünürdüm ki, Vladimir Putin hər şeyi istəyir. Bu, doğru ola bilər. Amma razılaşma əldə olunsa, o, daha irəli getməyəcək”, – deyə Tramp qeyd edib.

Rusiya tərəfi isə dəfələrlə Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasına hazır olduğunu açıqlayıb. Moskva ABŞ tərəfindən irəli sürülən sülh planının müzakirələrində iştirak etdiyini də təsdiqləyib.

Qeyd edək ki, Ukraynada ərazi məsələsi ilə bağlı müzakirələr son aylarda daha da kəskinləşib. Müxtəlif siyasi fiqurlar Prezident Volodimir Zelenskinin bu mövzuda manevr imkanlarının məhdudlaşdığını bildirirlər.

Seçilən
22
veteninfo.az

1Mənbələr