AZ

Son beş ildə uşaqlara verilən qeyri-adi adlar - Araşdırma

Bakı. Trend:

Azərbaycanda yeni doğulan uşaqlara ad verilməsi ilə bağlı hüquqitənzimləmələr yenilənir. Mövcud qanunvericiliyə əsasən ad seçimivalideynlərin razılığı ilə həyata keçirilsə də, bu proses müəyyənhüquqi və etik çərçivələr daxilində baş verməlidir. Sonstatistikalar göstərir ki, ölkədə ad və ata adının dəyişdirilməsinəmaraq ilbəil artır.

Uşağın mənafeyinə zərər vura biləcək, cinsinə uyğunolmayan və ya gülünc ad verilməməlidir

Trend-insorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, AiləMəcəlləsinin 53-cü maddəsinə əsasən uşağa ad valideynlərin razılığıilə verilir:

“Valideynlərə ad seçimi zamanı AMEA Nəsimi adına Dilçilikİnstitutu tərəfindən hazırlanmış “Azərbaycan şəxs adlarının izahlılüğəti”ndən və ya Ədliyyə Nazirliyinin rəsmi saytındakı adlarbölməsindən istifadə etmək tövsiyə olunur.

Hazırda ölkədə rəsmi qadağan edilmiş adların siyahısı mövcuddeyil. Lakin Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79nömrəli qərarına əsasən uşağın mənafeyinə zərər vura biləcək,cinsinə uyğun olmayan və ya gülünc adların verilməsinə yolverilmir.

Eyni zamanda “Azərbaycan Respublikasında dövlət dili haqqında”Qanuna əsasən adlar, ata adları və soyadlar Azərbaycan dilininorfoqrafiya və orfoepiya normalarına uyğun yazılmalıdır”.

Statistik göstəricilər:

Ədliyyə Nazirliyinin məlumatına əsasən 01.12.2025-ci ildən bugünədək 476 nəfərin adı, ata adı və ya soyadı dəyişdirilib.Bunlardan 357 nəfər qadın, 119 nəfər isə kişilərdir.

2025-ci ilin əvvəlindən 1 dekabradək isə 1206 nəfərin adı və yaata adı dəyişdirilib (849 nəfər qadın, 357 nəfər kişi).

Statistikadan göründüyü kimi, addəyişdirmə üçün müraciətedənlərin arasında qadınlar üstünlük təşkil edir.

Yaş qruplarına görə:

18–29 yaş: 710 nəfər

30–39 yaş: 308 nəfər

40–49 yaş: 107 nəfər

50–59 yaş: 52 nəfər

60+ yaş: 29 nəfər

Ad dəyişdirilməsi üçün əsas səbəblər kimi aşağıdakılargöstərilib:

tərbiyə edən şəxsin adı ilə ata adı daşımaq istəyi,
adın pis səslənməsi,
çətin tələffüz olunması,
şəxsi narazılıq və digər səbəblər.

Son 5 ildə uşaqlara verilən qeyri-adiadlar:

Ədliyyə Nazirliyinin rəsmi saytındakı adlar bölməsində son 5ildə uşaqlara verilən adlar arasında bəzi qeyri-adi adlar diqqətçəkir. Belə ki, ötən 5 il ərzində uşaqlara Alov (2), Ehsan (2),Əmənulla (2), Gilə (2), İqlimə (1), Mahama (4), Piyalə (2), Səyahət(1), Təbib (2), Ocaq (1) kimi adlar verilib.

Dilçilik İnstitutu yalnız düzgün yazılış qaydalarınıizah edir

Nəsimi adına Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiriSayalı Sadıqova bildirib ki, onlara adların düzgün yazılışı vəmənşəyi ilə bağlı suallar ünvanlanır:

“Ad qeydiyyat idarələrində qoyulur. Biz isə, məsələn, valideynuşağına “Mazahır” adını qoymaq istəyirsə, onun düzgün yazılışıcavablandırırıq”.

Bəzi adlar uşaqlarda utancaqlıq, stress, daxiligərginlik, bəzi hallarda isə depresiya yaradır

42 nömrəli məktəbin psixoloqu Aytən Hüseynzadə isə uşağa verilənadın onun şəxsiyyətinin formalaşmasında mühüm rol oynadığınıbildirib. Psixoloqun sözlərinə görə, bəzi hallarda dünyasınıdəyişmiş qohumların adlarının verilməsi uşağın üzərində psixolojiyük yarada bilər:

“Bəzən valideynlər uşaqlarına qəribə və ya fərqli adlar qoymağaüstünlük verirlər. Lakin çox vaxt nəzərə alınmır ki, uşağa verilənad onun şəxsiyyətinin formalaşmasında ilk və mühüm amillərdənbiridir. Ad insanın kimliyinin başlanğıcı, özünü dərk etməsininilkin işarəsidir.

Bəzi hallarda isə mentalitetin təsiri ilə uşaqlara dünyasınıdəyişmiş qohumların adları verilir. Bu zaman uşaq sanki həminşəxsin yolunu, taleyini və ya missiyasını davam etdirməli imiş kimiqəbul olunur. Bu cür gözləntilər uşağın üzərində görünməz birpsixoloji yük yarada bilər.

Araşdırmalar və müşahidələr göstərir ki, tələffüzü çətin, qulağaxoş gəlməyən, yaxud mənası ağır emosional yük daşıyan adlaruşaqlarda utancaqlıq, stress, daxili gərginlik, bəzi hallarda isədepressiv əlamətlərin formalaşmasına səbəb ola bilir.

Uşağa ad seçimi unikal və düşünülmüşolmalıdır. Çünki hər ad özündə müəyyən məna, enerji və mesajdaşıyır və bu da uşağa yanaşma tərzinə, onun özünü necə hissetməsinə birbaşa təsir edir.

Asan tələffüz olunan, qulağa xoş gələn, eyni zamanda özünəinamvə güvən hissi aşılayan adların seçilməsi uşağın gələcək həyatında,şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır”.

Təhsil sənədlərinin hamısında adı yenidən dəyişməyəehtiyac yoxdur

Hüquqşünas Əkrəm Həsənov bildirib ki, adını dəyişmək istəyənşəxs Ədliyyə Nazirliyinin qeydiyyat idarəsinə müraciətetməlidir:

“Ərizə əsasında əvvəl şəxsiyyət vəsiqəsi, sonra digər rəsmisənədlər dəyişdirilir. Əgər orta məktəb attesstatı, diplomunda daaddəyişmə etmək istəyirsə, yenə müvafiq qaydada müraciətləredilməlidir”.

Hüquqşünas qeyd edib ki, təhsil sənədlərinin hamısında adıyenidən dəyişməyə də bilər. Bu halda addəyişmə haqqındaşəhadətnaməni təqdim etməklə adının dəyişdiyini göstərə bilər”.

Araşdırma göstərir ki, ad seçimi təkcə estetik məsələ deyil,həm də hüquqi, psixoloji və sosial məsuliyyətdir. Uşağa verilən adonun gələcək həyatına, özünü dərk etməsinə və cəmiyyətləmünasibətlərinə birbaşa təsir göstərir.

Seçilən
14
7
az.trend.az

8Mənbələr