AZ

“Prosesin qarşısını almaq mümkün olmayacaq”- ÖZƏL

"Dünyada siyasi proseslərin yeni, növbəti mərhələsi başlayıb. Çox güman ki, İran  yanvarın 31 - i və  fevralın 1 - i yeni hərbi hücumla qarşılaşacaq. Hətta belə qərar verilməsə belə, bu sadəcə vaxt məsələsidir. Qaçılmaz olan prosesi heç kim dayandıra bilməz". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: "Prosesin qarşısını almaq mümkün olmayacaq. Dəyişikliklərin kosmetik və ya dərindən olmasından asılı olmayaraq nüvə potensialının məhv edilməsi İsrail üçün vacibdir. O ki qaldı ABŞ-a, İran təbii qaz  və neft ehtiyyatlarına görə dünyada 2-ci və 3-cü yerlərdədir. Tramp yaxşı maliyəçidir. O və yanındakılar - belə davam edərdisə ABŞ- ın dünya liderliyini Çinə təhvil verəcəyini görürdülər. Ona görə nəqliyyat yolları və iqtisadi resurslar uğrunda müharibələrə başlayıblar. Trampa qədər Çin dünyanın ticarətini, yollarını əlinə almışdı. ABŞ yuxudan oyanıb gördü ki, hətta Latın Amerikasında Vaşinqton yox, Pekin yollara baxır. Səhvlərini düzəltdilər. İndi İran deyir ki, Hörmüz boğazını bağlayacam. Bundan qabaq da deyirdi. Bağlaya bilməz. Çünki ən çox maliyə itkisini Çin verər. Uzun sözün qısası, son hadisələr kifayət qədər ciddi hadisələrdir.Təsəvvür edin İran dünyaya neft - qaz satır, yollar açılıb və sair. Bunun bizə təsirləri necə olacaq və sair. Ya passiv seyr etməlisən, ya da informasiyanın içində. Zənnimcə düzgün yoldayıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
olaylar.az

1Mənbələr