AZ

Qonşu arvadla mesajlaşıb, ərini öldürdü Zabratdakı qətlin MƏHKƏMƏSİ

ain.az, Lent az portalına istinadən məlumat yayır.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Zahir Soltanovun Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və Leyla Abbasovanın CM-nin 32.5,120.2.9-cu (köməksiz vəziyyətdə olan adamın qəsdən öldürülməsində iştirak etmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə  təqsirləndirilənlərin məhkəmədə verdikləri ifadə ilə ibtidai istintaqda verdikləri ifadə arasında ziddiyyətlərin olduğunu qeyd edərək əvvəl təqsirləndirilən Zahir Soltanovun ilkin istintaqdakı ifadəsini elan edib:

"2024-cü ilin yayında Leyla ailəsi - əri və uşaqları ilə qonşuluğuma köçdülər. Mən Leyla ilə əvvəl qonşu kimi tanış oldum, sonra dost olduq, daha sonra şəxsi münasibətimiz yarandı. Bir- birimizlə "tik-tok" vasitəsilə, daha sonra whatsapp-dan  əlaqə saxlayırdıq. Bizim heç vaxt yaxın əlaqəmiz olmayıb. Leyla mənə öz ailəsində olan problemlərdən, İkramın ona işgəncə etməsi və digər qadınlarla xəyanətindən danışırdı. İkram Leyla ilə əlaqəmi bildiyinə görə Leylanın telefonunu əlindən almışdı. Buna görə mən Leylaya telefon aldım. İkram Leyla ilə mesajlarımı görmüşdü, Leylanı uşaqları ilə birlikdə öz anasının evinə göndərmişdi. Amma bir neçə gündən sonra Leyla təzədən o evə qayıtdı.  Həmin vaxt işdən təzəcə evə gəlmişdim. Anam qonşu kimi Leylanın qollarındakı qançırları görmüşdü. Mənə ailəli qadından uzaq durmağımı, bunun sonradan mənə problem yaradacağını deyirdi. Mən anama haqq verərək 8 avqust 2025-dən Leyla ilə mesajlaşmağı kəsdim. İkram Leylanın telefonundan götürdüyü nömrəmə whatsapp-dan pis söyüşlü mesaj yazaraq təhqir etdi. Bu mənim həzm edə biləcəyim bir hal deyildi, odur ki, İkramı öldürmək qərarına gəldim. Anam İkramın bir neçə dəfə məni soruşub axtardığını dedi. Ona yazdım, zəng etdim, telefonu götürmədi. Mağazadan bir neçə gün qabaq aldığım əlcəyi götürdüm, bıçağı cibimdə gizlədib, onların evinə getdim. Evə daxil olanda İkramı çarpayıda yatmış gördüm. Onun boğazından və başından bıçaq zərbələri endirdim. Güclə yerindən qalxıb qaçmağa çalışdı. Lakin birdən sağ çiyni üstündən yerə  yıxıldı. Mən evimə qayıtdım. Çox keçmədən Leylanın çığırtısını eşitdim. Anamla tez onlara qaçdım. Heç nədən xəbərim yoxmuş kimi nə baş verdiyini soruşdum, Leyla ağlaya-ağlaya danışmağa çalışırdı. Anam Leylanın uşaqlarını da bizə gətirdi ki, o səhnəni görməsinlər".

Hakim Səbinə Məmmədzadə Soltanovun digər bir ifadəsini də məhkəmədə elan edib. Soltanov bu dəfəki ifadəsində İkram Abbasovun pəncərədən onu işarə ilə çağırdığını, onlara gedəndə Abbasovun onu qapıda qarşıladığını və İkrama qapı ağzında bıçaq zərbəsi vurduğu məlum olub.

Hakim Z. Soltanovdan məhkəmədəki və daha sonra elan olunan iki ifadəsi arasındakı ziddiyyətin səbəbini soruşduqda, o səbəbini demək istəmədiyini deyib.

Məhkəmə növbəti prosesdə digər təqsirləndirilən Leyla Abbasovanın ilkin istintaqdakı ifadəsinin elan ediləcəyini bildirərək, prosesi 5 fevral saat 12:00-a təyin edib.

Xatırladaq ki, 2025-ci il avqustun 9-da DİN 29 yaşlı İkram Piriyevin Zabrat qəsəbəsində yaşadığı evdə qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. Zahir Soltanov və Leyla Abbasova 15-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
lent.az

2Mənbələr