AZ

Bölgələrdə mikromaliyyənin inkişafı üçün maliyyə resurslarına çıxış genişlənməlidir - AMFA

Bakı. Trend:

Yerli maliyyə resurslarının cəlbi mikromaliyyə məhsullarını dahaəlçatan edir.

Bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) direktoruJalə Hacıyeva Bakıda keçirilən Mikromaliyyə Forumu çərçivəsindəTrend-əaçıqlamasında bildirib.

Onun sözlərinə görə, forumun əsas məqsədi kənd yerlərindəfəaliyyət göstərən mikromaliyyə təşkilatlarının maliyyəməhsullarının çeşidini artırmaqdır.

J. Hacıyeva qeyd edib ki, yerli maliyyə resurslarının cəlbedilməsi xaricdən cəlb olunan vəsaitlə müqayisədə dahasəmərəlidir:

“Çox önəmli məsələ odur ki, yerli maliyyə resurslarının cəlbedilməsi xaricdən cəlb edilən resursdan daha üstündür. Çünki onunxərci daha aşağıdır. Xaricdən cəlb edilən vəsait ABŞ dolları iləreallaşır və bu da hedcinq riski yaradır. Hedcinq riski isə öznövbəsində məhsulun qiymətini artırır. Yerli valyutada cəlbedildikdə isə bu risk aradan qalxır və nəticədə məhsul daha əlçatanolur”.

J.Hacıyeva qeyd edib ki, hazırda bölgələrdə mikromaliyyəməhsullarına tələbat kifayət qədər yüksəkdir və bu tələbatınödənilməsi üçün bank olmayan kredit təşkilatlarının (BOKT) kapitalbazarının iştirakçıları ilə sıx əməkdaşlığı vacibdir:
“Mərkəzi Bankın ötən il açıqladığı məlumata görə, Azərbaycanda 40min emitent investor var. Onlar əsasən fərdi investorlardır vəistiqraz alırlar. Bu il Mərkəzi Bankın hədəfi bu sayın 100 minəçatdırılmasıdır. Bizim də marağımız odur ki, emitentlərin sayıartsın. Bu cür tədbirlər kapital bazarlarında yeni emitentlərinortaya çıxmasına və BOKT-ların potensial investisiya obyekti kimidiqqət çəkməsinə xidmət edir”.

AMFA direktoru Bakı Fond Birjasının mikromaliyyə təşkilatlarıüçün borc bazarında minimal listinq tələbinin 500 min manataendirilməsini müsbət addım kimi dəyərləndirib:

“Azərbaycanda 54 BOKT fəaliyyət göstərir, lakin onların yalnıztəxminən dörddə biri Bakı Fond Birjası ilə əməkdaşlıq edir. Bizistəyərdik ki, bu say artsın. Çünki bölgələrdə, ucqar kəndlərdəfəaliyyət göstərmək əlavə xərclər yaradır, halbuki tələbat kifayətqədər yüksəkdir”.
Onun sözlərinə görə, dövlətin sosial-iqtisadi inkişafproqramlarında regionların inkişafı əsas hədəf kimi müəyyən edilibvə bu genişlənməni təmin etmək üçün maliyyə resurslarınınəlçatanlığı mühüm rol oynayır:
“Maliyyə resurslarına çıxış BOKT-lara həm Mərkəzi Bankıntələblərinə uyğun fəaliyyət göstərməyə, həm də mikrosahibkarlığıninkişafına töhfə verməyə imkan yaradır”.

Seçilən
64
az.trend.az

1Mənbələr