Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trampla apardığı telefon danışığının bəzi detalları açıqlanıb.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, Türkiyənin “Hürriyet” qəzetinin məlumatına görə, yanvarın 28-də gerçəkləşən telefon danışığı zamanı Ərdoğan Trampla İran məsələsini də müzakirə edib.
Danışığın tam təfərrüatı açıqlanmasa da, “Hürriyet” liderlər arasında baş tutan söhbətlə bağlı bəzi məlumatlar əldə edib.
Qeyd olunur ki, prezident Ərdoğan Trampa deyib: “Gəlin sizi İranla əlaqələndirək, telekonfrans vasitəsilə Tehran rəsmilərilə danışın”.
Trampın bu təklifə müsbət cavab verdiyi bildirilir.
Türkiyə mediası prezident Ərdoğanın ABŞ-İran gərginliyini danışıqlar yolu ilə həll edə biləcəyinin mümkünlüyünü yazıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.