Ses qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı 2 fevral gənclər günü münasibətilə "Heydər Əliyev ideyalarının müasir Azərbaycan gəncliyi üçün aktuallığı" mövzusunda “Heydər Əliyev siyasi məktəbini öyrənirik” dərslərinin növbəti məşğələsini keçirib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və respublikanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqə sükutla yad edilib.
Rayon gəncləri qarşısında giriş sözü ilə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov bildirib ki, Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlər əsasında formalaşması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. O, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Partiyanın veteranı Nadirşah Şirinov,YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayeva, fəal gənc Rəhman Ağabalayev milli-mənəvi dəyərlərə bağlı, sağlam düşüncəli gənc nəslin formalaşmasının cəmiyyətin inkişafı üçün vacib olduğunu vurğulayıblar. Bildirilib ki, gənclərin fiziki və psixoloji sağlamlığının qorunması, zərərli vərdişlərdən uzaq tutulması, həmçinin ailə və təhsil müəssisələrinin maarifləndirici rolu prioritetdir. Eyni zamanda milli və dini dəyərlərin qorunması və sağlam həyat tərzinin təbliği gənclərin gələcəkdə cəmiyyətin fəal üzvü kimi yetişməsi üçün əhəmiyyətlidir.
Tədbirin sonunda 2 Fevral Gənclər gününə həsr olunmuş videoçarx nümayiş olunub, iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Fəal gənclərə qiymətli hədiyyələr təqdim olunub.
Tədbir çay stolu ətrafında davam etdirilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.