AZ

Xamenei dünyanı hədələdi: ABŞ hücum etsə, bu yola əl atacağıq

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İranın Ali rəhbəri Əli Xameneiyə bağlı “Keyhan” qəzeti ABŞ Prezidenti Donald Trampın İrana mümkün hücumu ilə bağlı açıqlamalarına sərt reaksiya verib.

Globalinfo.az xəbər verir ki, qəzet Hörmüz boğazının bağlanması və ABŞ qüvvələrinə hücumla bağlı xəbərdarlıq edib.

“Tramp yenə də böyük səhv etdi” sərlövhəli məqalədə bildirilib ki, İran İslam Respublikası və onun müttəfiq qüvvələri istənilən ssenariyə hazırdır.

Nəşr yazır ki, “düşmənin hər hansı yanlış addımı” ciddi nəticələrə səbəb ola bilər:

“Hazırda İranın və müttəfiqlərinin əli tətikdədir. ABŞ-ın ən kiçik səhvi halında Hörmüz boğazında dünyanın enerji axını dayandırıla və milyardlarla dollar dəyərində olan ABŞ hərbi gəmilərinin saxta qüdrəti Fars körfəzinin sularında məhv edilə bilər”.

Safura Bənnayeva

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
globalinfo.az

1Mənbələr