AZ

İranlılar “Huda Beauty”ni niyə boykot edir?

"Huda Beauty" kosmetika və sağlamlıq brendinin sahibi Huda Kattanın İslam Respublikası hökumətini dəstəkləyən 2 şəklinin dərc olunmasından sonra internet istifadəçiləri arasında şirkətə qarşı genişmiqyaslı kampaniya başlayıb.

"Yeni Sabah" xəbər verir ki, hakim sistemə müxalif olan istifadəçilər sosial mediada əvvəllər aldıqları "Huda Beauty" məhsullarını zibil qutusuna atdıqları və ya məhv etdiklərinə dair videolar paylaşırlar. Onlar bir daha bu brenddən istifadə etməyəcəklərini vurğulayırlar.

2023-cü ildə İraq əsilli amerikalı iş adamı Huda Kattan İraq futbol komandasını qələbə münasibətilə təbrik edərkən "Fars körfəzi" əvəzinə "Ərəbistan körfəzi" ifadəsi yazmışdı. O zaman bu, İranda internet istifadəçiləri arasında geniş qəzəb doğurmuşdu.

"Huda Beauty" 2013-cü ildə təsis olunub. 2017-ci ildə Kattan "Time" və "Forbes"in diqqət mərkəzinə düşüb.


Telegram kanalımız
Seçilən
19
yenisabah.az

1Mənbələr