AZ

“Rusiya TRIPP layihəsində iştirak etməyəcək” - Köçəryan

“Rusiya TRIPP layihəsində iştirak etməyəcək”.

Missiya.Az xəbər verir ki, bunu Ermənistanın sabiq Prezidenti Robert Köçəryan mətbuat konfransı zamanı Rusiya Dövlət Dumasının MDB İşləri üzrə Komitəsinin sədr müavini Konstantin Zatulinin Rusiyanın layihədə iştirakı ilə bağlı açıqlamalarına münasibət bildirərkən deyib.

"Kim dedi ki, Rusiya TRIPP layihəsində iştirak edəcək? Əksinə, ABŞ İranla yaxşı münasibətləri olan heç bir ölkənin həmin layihədə iştirak etməməsi üçün hər şeyi edəcək. Şəxsən məndə belə bir təəssürat var və buna görə də layihənin əsl məqsədlərinə şübhə edirəm", - deyə siyasətçi bildirib.

Köçəryan qeyd edib ki, Rusiya və ya Çin TRIPP layihəsinə qoşularsa, mən həmin ölkələri iki əllə alqışlayacam. Çünki bu, İranın layihə ilə bağlı narahatlıqlarını aradan qaldıracaq.

Daşqın HəsənovMissiya.Az

Seçilən
42
missiya.az

1Mənbələr