Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Hollivud aktrisası Ancelina Coli ABŞ-dəki əmlaklarını satmağa başlayıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə insayderlər məlumat yayıblar.
Bildirilir ki, məşhur aktrisa Los-Ancelesin həyat tərzi ilə ayaqlaşmaqda çətinlik çəkir. Lakin məsələ təkcə onun maliyyə vəziyyəti ilə bağlı deyil. Belə ki, Coli dəfələrlə həmin şəhərdə yaşamaqdan məmnun olmadığını bildirsə də, eks-həyat yoldaşı, aktyor Bred Pittlə bağladığı qəyyumluq müqaviləsi səbəbindən “mələklər şəhəri”ndə qalmağa məcbur olub. Bununla belə, bu ilin iyul ayında keçmiş cütlüyün əkizləri - Noks və Vivyenin 18 yaşı tamam olacaq, beləliklə, bu ailədə yetkinlik yaşına çatmayan uşaqlar qalmayacaq. Bundan sonra Ancelina istədiyi yerə köçə bilər. Lakin əvvəlcə ABŞ-də qalan əmlaklarla bağlı məsələni həll etməlidir.

Məlumata görə, 2025-ci ilin yayında Coli Manhettendəki mənzilini satıb. Onun bu satışdan təxminən 2 milyon ABŞ dolları (təxminən 3 milyon 400 min AZN) qazandığı güman edilir. İndi növbə Los-Ancelesdə yerləşən və dəyəri 25 milyon ABŞ dolları (42 milyon 500 min AZN) qiymətləndirilən böyük malikanənindir.
Hələlik Hollivud ulduzunun hara köçəcəyi dəqiq bilinməsə də, insayderlər onun İtaliya, Fransa və Kamboca variantlarını nəzərdən keçirdiyini iddia edirlər. Bu siyahıda Kambocanın olması heç də təsadüfi deyil. Belə ki, Coli bir vaxtlar Kambocada ilk uşağı Meddoksu övladlığa götürüb və əfsanəvi “Lara Croft: Tomb Raider” filmində çəkilib. Bundan başqa, onun Cənub-Şərqi Asiya cəngəlliklərində 148 000 akr sahəsi olan kənd malikanəsi var.


Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.