AZ

Mal qaraya görə kəndlilər arasında dava düşdü 300 manat cərimələndi

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Ağcabədi rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin aprelin 18-də rayonunun Kəhrizli kəndi ərazisində baş verib. 1982-ci il təvəllüdlü Qəhrəman həmin gün saat 15:00-pda həmkəndlisi Əlvana məxsus pay torpaq sahəsinin kənarından keçən yolda onunla aralarında otlaq sahəsindən istifadə üstündə mübahisə yaranıb. Mübahisə zamanı o, Əlvanın boyun nahiyəsinə qəsdən bir dəfə ağac parçası ilə, həmçinin sifət nahiyəsinə yumruqla zərbə vurub. Hadisəni törədən Qəhrəmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Qəhrəman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Əlvan onun həmkəndlisidir, əvvəllər aralarında ədavət, düşmənçilik olmayıb:“Mənim Ağcabədi rayonunun Kəhrizli kəndində 1 hektar torpaq sahəm var. Həmin sahədə yonca əkmişəm. Əlvan dəfələrlə sahəmə girərək xırdabuynuzlu heyvanları ilə sahəmdə otarıb. Dəfələrlə yerimi otardığı üçün Əlvana irad tutsam da, nəticəsi olmayıb”. Təqsirləndirilən şəxs deyib ki, aprelin 18-də Əlvan heyvanları sahəyə apardıqdan sonra onun arxasınca gedib: “Sahəyə çatan zaman Əlvanın öz heyvanlarını mənə məxsus yonca sahəsində otardığını gördüm. Əlvan həmin vaxt mənə bunu yaxşı etdiyini dedi, məni təhqir etdi və üzünü çevirərək getmək istəyən zaman əsəbiləşdim. Əlimdə olan ağacla Əlvanın bel nahiyəsinə bir dəfə vurdum. Daha sonra ağacı yerə ataraq Əlvanın sifət nahiyəsinə bir neçə dəfə yumruq vurdum. Bu zaman Əlvan yerə yıxıldı. Sonra aralanaraq həmin yerdən getdim. Dəfələrlə Əlvanla görüşərək barışıq təklif etmişəm. Lakin o, mənimlə barışmayıb”.Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə Qəhrəmana  300 saat ictimai işlər cəzası təyin edilib. Təqsirləndirilən şəxsin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulub.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
demokrat.az

1Mənbələr