AZ

Röya qalmaqalına görə Xətai İcra hakimiyyətindəki vəzifəsini itirdi – FOTO

Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Etibar Əhmədov vəzifəsindən azad olunub.

"Cebheinfo.az" iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Rafiq Quluyev əmr imzalayıb.

Qeyd edək ki, E.Əhmədov 1956-cı ilin oktyabrın 24-də Balakən rayonunda anadan olub.

O, 2017-ci ildən Xətai RİH başçısının müavini vəzifəsində işləyib. Ondan əvvəl isə RİH-də müxtəlif vəzifələrdə çalışıb.

Azərbaycan 24-ə daxil olan məlumata görə, Etibar Əhmədovun işdən azad edilməsinə səbəb bir müddət əvvəl müğənni Röyanın rəsmi protokola zidd qarşılanma mərasimi ilə bağlı yaranan qalmaqal olub. Həmin tədbirin o şəkildə təşkilinin və Röya ilə bağlı dəvətin ideyasının məhz bu müavinə aid olduğu iddia edilir.

"Cebheinfo.az"

Seçilən
64
2
cebheinfo.az

3Mənbələr