AZ

Ər və arvad arasında "nikah öhdəliyi" ləğv olunur

Fransa nikah müqaviləsində "nikah öhdəliyi"ni ləğv etmək qərarına gəlib.

Publika.az "Agence France-Presse"ə istinadən xəbər verir ki, Fransa parlamentinin üzvləri birlikdə yaşayan ər-arvadın cinsi əlaqədə olmaq öhdəliyini aradan qaldıracaq qanun layihəsi hazırlayıblar.

Hazırda ölkə qanunvericiliyində "nikah borcu"na birbaşa dəlalət edən bənd olmasa da, evli insanların "birlikdə ailə həyatı sürməli" olduğuna dair müddəa mövcuddur. Nəticədə, bəzi hakimlər bu ifadəni "eyni çarpayını paylaşmaq öhdəliyi" şəkilində şərh edirlər.

Xatırladaq ki, 2019-cu ildə Versal Apelyasiya Məhkəməsi, həyat yoldaşı onunla yaxınlıq etməkdən imtina etdiyi üçün boşanmaq istəyən bir kişinin tərəfini tutub. Kassasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb. 2025-ci ilin yanvar ayında fransız qadının xeyrinə qərar verilib. Daha sonra məlum olub ki, Fransa qanunvericiliyi ailə münasibətlərinə dair köhnəlmiş baxışları əks etdirir.

Qanun layihəsi Milli Assambleyada dəstəklənərsə, yay aylarında Senatda qəbul edilə bilər.

Seçilən
51
15
publika.az

10Mənbələr