Dünən Makron Danimarka və Qrenlandiyanın baş nazirləri ilə birgə mətbuat konfransı keçirib.
Makron burada mövcud hadisələr və Qrenlandiya ilə bağlı ABŞ-la gərginlik barədə danışarkən bildirib ki , "Bu, bütün Avropa üçün strateji bir xəbərdarlıqdır".
Makron Qrenlandiyanın satıla bilməyəcəyini vurğulayaraq bildirib ki, "Qrenlandiya satılmır və ələ keçirilə bilməz".
Makron bildirib ki, "Qrenlandiyanın gələcəyinə yalnız Qrenlandiya xalqı qərar verəcək".