Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.
APA xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə bildirib.
“İranın təhlükəsizlik qüvvələri kütləvi ölümlərə görə məsuliyyət daşıyır. Bu gün biz minlərlə etirazçının ölümünə görə birbaşa məsuliyyət daşıyanlara qarşı yeni sanksiyalar tətbiq edəcəyik”,- Kaya Kallas qeyd edib.