AZ

Tramp İrandan bu üç şeyi tələb etdi

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı və ballistik raketləri ilə bağlı üç tələb irəli sürüb.

Publika.az xəbər verir ki, “The New York Times” qəzeti bu barədə mənbələrə istinadən məlumat yayıb.

"Tramp tələb etdiyi müqavilə ilə bağlı heç bir konkret təfərrüat verməyib, yalnız nəhəng bir armadanın İrana yaxınlaşdığını və ölkənin razılaşma əldə etməli olduğunu bildirib. Lakin Amerika və Avropa rəsmiləri danışıqlar zamanı iranlılara üç tələb irəli sürdüklərini bildirirlər", - deyə məlumatda qeyd olunub.

Tələblərə uranın zənginləşdirilməsinin birdəfəlik dayandırılması və mövcud ehtiyatlarının məhv edilməsi, eləcə də ballistik raketlərin mənzili və sayının məhdudlaşdırılması daxildir. Bundan əlavə, Tehrandan Yaxın Şərqdəki proksi qruplara dəstəyini dayandırması tələb olunur.

Seçilən
12
publika.az

1Mənbələr