Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan 2025-ci ildə 901 milyon 501 min dollar dəyərində 845 min 992 ton meyvə-tərəvəz ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2024-cü illə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 27,4% (193 milyon 706 min dollar), miqdarı isə 23,3% (159 min 738 ton) artıb.
2024-cü ildə Azərbaycandan 707 milyon 795 min dollar dəyərində 686 min 254 ton meyvə-tərəvəz ixrac edilib.
Qeyd edək ki, 2025-ci ildə meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 3,6%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 24,85%-ə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!