AZ

Məşhur azərbaycanlı boksçu həbs edildi

İranın Marağa şəhərindən olan Asiya boks çempionu Məhəmməd Məhşəri və onun məşqçisi Behnam Daniyalinin təxminən bir həftə əvvəl təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı bildirilir.

Vətəninfo.az xəbər verir ki, onların saxlanılmasından ötən müddət ərzində harada saxlanıldıqları, səhhət vəziyyətləri və hüquqi statusları ilə bağlı heç bir rəsmi və etibarlı məlumat açıqlanmayıb.

Qeyri-rəsmi məlumatlara əsasən, hər iki idmançı 8 və 9 yanvar tarixlərində keçirilən etiraz aksiyaları ilə əlaqələndirilən və onlara aid edildiyi iddia olunan video görüntülər əsasında müəyyən edilib. Bildirilir ki, bundan sonra Marağa şəhər Boks İdarəsinin sədri Hüseyn Mərzpurun təqdimatı ilə SEPAH-ın kəşfiyyat qüvvələri tərəfindən saxlanılaraq Təbriz şəhərinə aparılıblar.

Hadisə ilə bağlı İranın rəsmi qurumları hələlik açıqlama verməyib. Məsələ yerli və beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir.

Seçilən
8
veteninfo.az

1Mənbələr