AZ

Porsuğu taxta parçası ilə öldürdü Cərimə edildi

ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Daşkəsən rayonunun Dəstəfur kəndində porsuğu taxta parçası ilə öldürən şəxs saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, 1995-ci il təvəllüdlü, şirkətlərin birində ərazi gözətçisi işləyən M.B. barəsində protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 

Məhkəmədə məlum olub ki, M.B. Dəstəfur kəndində heyvanlarla rəhmsiz davranıb, çöl heyvanı olan porsuğu kəsim qaydasından istifadə etməyərək öldürüb. 

Təqsirləndirilən şəxs yaşadıqları Dəstəfur kənd ərazisində kələm yetişdirdikləri sahədə təsərüffatlarına hər gün ziyan vurduğu üçün porsuğu tələ vasitəsi ilə tutub və taxta parçası ilə öldürüb. O, etdiyi əməldən peşman olduğunu və bir daha bu cür hərəkətlərə yol verməyəcəyini bildirib. 

Məhkəmənin hökmü ilə M.B. 50 manat cərimə edilib. 

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
qaynarinfo.az

1Mənbələr