Mia.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ-ın Kaliforniya ştatının qubernatoru Qevin Nyusomun TikTok-un Amerika prezidenti Donald Trampa yönəlik tənqidləri qısıtlaması barədə bir neçə gün əvvəl verdiyi açıqlamadan sonra araşdırma daha da dərinləşib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Qevin Nyusom TikTok-un ABŞ-da Prezident Trampı tənqid edən məzmunlarə "qəsdən blokladığı"nı və ştat Ədliyyə Nazirliyinin bu və ya bu kimi faktları araşdıracağını demişdi.
Məlumata görə, bu açıqlamadan dərhal sonra rəsmi araşdırma başlayıb.
Bu barədə qubernator növbəti açıqlama verib: "İstintaq platformanın müəyyən siyasi baxışları senzura etməklə ştat qanunlarını pozub-pozmadığını araşdırmağa başlayıb".
ABŞ mediası yazır ki, TikTok-un Amerikadakı səhmlərinin əsas hissəsi alındıqdan sonra bu qadağalar daha da çoxalıb: "Bu alqı-satqıdan sonra Tramp əleyhinə yazılar məhdudlaşdırılır və ya tam şəkildə bloklanır. Onlar bəzi "açar sözlər"i sistemə "inteqarsiya" ediblər. Nəticədə sistem avtomatik tənqidi materialları bloklayır. Hətta azyaşlılara qarşı seksual partilərdə günahlandırılan Trampın dostu Ceffri Epşteyn və ümumiyyətlə, "Epstein" sözü belə qadağa siyahısındadır. Bu və ya digər "müdafiə sədləri"nə TikTok tərəfindən "icma qaydalarını pozma" uydurması ilə cavab verir, nəticə etibarıyla həmin tənqidi material ya silinir, ya da məhdudlaşdırılır. Bu, açıq-aşkar qarşı tərəfi gizli şəkildə qorumaqdır..."
Maraqlı budur ki, vəzifəli şəxsləri qorumaq iddiasına "TikTok" rəhbərliyi inkaredici cavab veriblər: "Mesajlaşma və axtarış bölmələrində yaşanan problemlər siyasi müdafiə və ya qərəzdən deyil, texniki nasazlıqlardan qaynaqlanır. Platforma rəsmiləri bu səhvləri düzəltmək üçün çalışır. Biz heç bir siyasi qrupa və ya namizədə üstünlük vermirik. Qaydalar hər kəsə ədalətli şəkildə tətbiq olunur."
Maraqlıdır, görəsən Azərbaycanda da hansısa məmurları qorumaq cəhdləri və ya faktı var?
Yada salqaq ki, TikTok-un ölkəmizdə də nümayəndəliyi var. Bu nümayəndəlik rəhbərləri tez-tez çevrələrinə yaxın savadsız və şoumen tiktoker və jurnalistləri də masaya toplayaraq, onlara sok qonaqlığı verir, sonda isə hərəsinə bir çantada ucuz hədiyyə paylayaraq missiyasını bitmiş sayır. Alt qatda isə...
Mia.az-ın əməkdaşının Tik-Tok-da apardığı qısa aradırma zamanı aydın olur ki, TikTok-un Azərbaycandakı seqmenti bəzi məmurlara qarşı önləyici müdafiə səddi qurub.
Məsələn, Mia.az saytının kiçik araşdırması zamanı bəlli olub ki, TikTok-un Azərbaycan seqmentində İqtisadiyyat Nazirliyi, SOCAR, Azərişq, Dövlət Su Ehtiyatları Agentliyi, Kənd Təsərrüaftı Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, onun bölmələri, o cümlədən Dəmiryolu İdarəsi və sair dövlət qurumlarının yarıtmaz məmurları haqqında normal tənqidi paylaşımlar ya tam bloklanır, ya da çox sərt formada məhdudlaşdırılır, yəni, izləyiclərə çatmasına imkan verilmir.
Çox maraqlıdır ki, TikTok bu və ya digər vəzifəli şəxsləri qoruma altına alsa da, Dövlət başçısı İlham Əliyev haqqında təhqir və təxribat xarakterli məlumatları nənki məhdudlaşdırır, əksinə, daha geniş izləyici kütləsinə yetişməsinə "yaşıl işıq" yandırır. Sual olunur: niyə?! Maraq nədər axı?!...
Məsələyə ekspertər rəylərini əlavə etməklə araşdırmalarımızı davam etdirəcəyik.
F.Əhməd
MİA.AZ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.