AZ

Nigar Alimova: Ötən il mülkiyyət hüququnun ilkin dövlət qeydiyyatında artım dinamikası qeydə alınıb VİDEO

Bakı, 29 yanvar, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq 2025-ci il ərzində daşınmaz əmlakın dövlət kadastrı və reyestri sisteminin inkişafı ilə bağlı müvafiq tədbirlər həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, 2024-cü illə müqayisədə 2025-ci ildə mülkiyyət hüququnun ilkin dövlət qeydiyyatında artım dinamikası qeydə alınıb.

“Ötən il əmlakların 364 min 136 ədədi dövlət qeydiyyatına alınıb. Mənzillər üzrə 92 min 888, qeyri-yaşayış obyektləri üzrə 12 min 122, fərdi yaşayış və bağ evləri üzrə isə 71 min 688 qeydiyyat baş tutub”, - deyə N.Alimova bildirib.

Seçilən
57
azertag.az

1Mənbələr