AZ

Mikayıl Müşfiqin xatirə muzeyinin təmiri üçün TENDER elan edildi – RƏSMİ/VİDEO

1937-ci il qaragüruhunun güdazına getmiş repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin ata yurdu Xızının Sayadlar kəndindəki xatirə muzeyi nəhayət ki, təmir olunacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi bu il təmir olunacaq – FOTO


Bizim.Media informasiya portalının 19 yanvar 2026-cı il tarixli sayında verilmiş "Ölməz şairin muzeyi baxımsız vəziyyətdə-ağaclar susuzluqdan quruyur"sərlövhəli yazıya sorğumuz əsasında Mədəniyyət Nazirliyindən cavab gəlib:

"Xızı rayonunun inzibati ərazisində yerləşən Mikayıl Müşfiqin xatirə muzeyinin əsaslı təmiri ilə işləri ilə bağlı layihə-meta sənədlərinin hazırlanması xidmətini satın alınması məqsədilə 23 yanvar 2026-cı il tarixində tender elan edilib. Bildirilib ki, tenderin qalibi məlum olandan sonra Müşfiq muzeyinin bərpasına başlanılacaq".

Xatırladaq ki, Mikayıl Müşfiq 1938-ci il 6 yanvarda cəza tədbirləri dövründə güllələnib.

Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, adına qəsəbə, məktəb, küçə və meydan var. Bakıda yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
29
1
bizim.media

2Mənbələr