AZ

Uşaqlı ailələrə verilən vergi güzəşti işləyən hər iki valideynə tətbiq olunurmu?

Vergi Məcəlləsinin 102.5-ci maddəsində göstərilib ki, qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı aylıq gəliri 50 manat məbləğində azaldılır. Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır. Əgər ər və arvad işləyirsə və 2 uşaq varsa, o halda güzəşt hər iki valideynə tətbiq olunurmu?

Sənaye və texnologiyalar parkının rezidenti üçün – VERGİ GÜZƏŞTİ NƏYƏ AİDDİR VƏ NƏ VAXT İŞƏ DÜŞÜR?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az biznes və maliyyə xəbərləri portalına bildirilib ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, himayəsində azı üç nəfər (o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr daxil olmaqla) olan ər və ya arvaddan birinin vergi tutulmalı aylıq gəliri 50 manat məbləğində azaldılır. Təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), qanunvericiliyə əsasən tam dövlət təminatında olan şəxslər himayədə olanlara aid edilmirlər.

Əsas: Vergi Məcəlləsinin 102.5, 102.6-cı maddələri

Seçilən
4
2
fed.az

3Mənbələr