AZ

Tükürpədən məhkəmə qərarı: Orta məktəb şagirdinə HƏBS- VİDEO

[center][/center]

Valideyn Fazilə Nağıyevanın bildirdiyinə görə, onun 2008-ci il təvəllüdlü oğlu Əlzamin Nağıyev 2024-cü ilin noyabr ayında azyaşlıya qarşı cinsi zorakılıq əməlinin törədilməsində şübhəli şəxs qismində saxlanaraq hüquq-mühafizə orqanlarına təhvil verilib. Zərərçəkmişin izahatı alındıqdan sonra cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Ailə üzvlərinin Xalqxeber.az-a verdiyi məlumata görə, məhkəmə araşdırması zamanı sübut bazasının kifayət qədər formalaşdırılmaması səbəbindən iclaslar təxminən iki il ərzində dəfələrlə təxirə salınıb. Valideyn həmçinin bildirir ki, məhkəmə istintaqı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq obyektiv, hərtərəfli və tam aparılmayıb.Cinayət işi üzrə məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zorakılığa məruz qaldığı iddia edilən azyaşlı qızın bakirə olduğu təsdiqlənib. Müdafiə tərəfi qeyd edir ki, bu ekspertiza rəyi iş üzrə mühüm sübut olmasına baxmayaraq, məhkəmə tərəfindən lazımi hüquqi qiymət verilməyib.Bundan başqa, hadisənin baş verdiyi iddia olunan tarixdə Əlzamin Nağıyevin başqa ünvanda olmasını təsdiqləyən alibi sübutları da məhkəmə tərəfindən nəzərə alınmayıb. Eyni zamanda, İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən cinayət işi üzrə rəyin təqdim edilmədiyi də iddia olunur.Nəticədə, 27 yanvar 2026-cı il tarixində Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın səfirliyi ilə keçirilən məhkəmə baxışının yekununda Əlzamin Nağıyev barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Əlzamin Nağıyevin anası Fazilə Nağıyeva çıxarılan məhkəmə qərarı ilə razı olmadığını bildirir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovdan kömək və obyektiv baxışın təmin olunmasını xahiş edir.(Xalqxeber.az)

Seçilən
18
yenisoz.az

1Mənbələr