AZ

Həmkar İttifaqında Kamran Əsədov qalmaqalı və Araz Paşayevlə Sahib Məmmədov arasında gərginlik...

Təhsil eksperti Kamran Əsədovun Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nərimanov Rayon Komitəsinin sədri vəzifəsinə gətirilməsi Sahib Məmmədovla Araz Paşayev arasında olan gərgin münasibətləri daha da dərinləşdirib...

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədri Sahib Məmmədovla Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Araz Paşayev arasında yeni qarşıdurma yaşanıb.

Poliqon-a daxil olan məlumata görə qarşıdurma təhsil eksperti, hazırda 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifad) maddələri ilə ittiham oluanaraq saxlanılan Kamran Həsənovun (ETİHİ) Nərimanov Rayon Komitəsinin sədri vəzifəsinə gətirilməsi ilə bağlı olub. Qeyd edək ki, Kamran Əsədov 27 noyabr 2025-ci il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nərimanov Rayon Komitəsinin sədri vəzifəsinə seçilib və bu “seçim”də Araz Paşayevin xüsusi rolu olub. Həmin vaxt Kamran Əsədov artıq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Sahib Məmmədov bu seçimə etiraz edib və Kamran Əsədovun bu vəzifəyə təyinatının AHİK tərəfindən təsdiqlənməyəcəyini bildirib. Buna baxmayaraq Araz Paşayev geriyə addım atmayıb və Kamran Həsənov noyabrın 28-də rəsmi olaraq vəzifəsinə başlayıb.

16 dekabr 2025-ci ildə Kamran Həsənovun cinayət işi ilə bağlı Baş Prokurorluğun məlumatı yayıldıqdan sonra isə Araz Paşayev üçün vəziyyət kifayət qədər mürəkkəbləşib və ETİHİ sədri Sahib Məmmədovun qarşısında çox pis vəziyyətə düşüb. Elə həmin gün Kamran Əsədovun vəzifədən çıxarıldığı elan olunub. Ancaq mənbələrin bildirdiyinə görə, Kamran Həsənov 23 yanvar 2026-cı il tarixində Gəncə Şəhər Məhkəməsində keçirilən iclasda həbs olunan günə qədər ETİHİ-nin Nərimanov Rayon Komitəsində sədrin kabinetində oturub və komitəni idarə edib.

Mənbələr qeyd edirlər ki, Araz Paşeyevin Kamran Həsənovu bu şəkildə müdafiə etməsi onun mövqelərini sarsıdıb. Xatırladaq ki, AHİK sədri Sahib Məmmədovla Araz Paşatev arasında gərginlik yaşanması ilə bağlı yerli mətbuatda məlumatlar dərc edilib. Son olanlardan sonra isə Sahib Məmmədov Araz Paşayevin vəzifədən alınması zərurətini bir çox yerlərdə qeyd edir. Qeyd edilir ki, Sahib Məmmədovun Araz Paşayevin yerinə kadrı olsa da, hazırda onun vəzifədən alınması elə dəinadırıcı görünmür.

Poliqon.info

Seçilən
18
1
poliqon.info

2Mənbələr