Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Demokrat.az Çarçı-ya istinadən xəbər verir ki, rəsmi məlumata görə, 2025-ci ildə Bakıda artıq 40–50 km velosiped yolu var. Üstəlik, AYNA yanvar ayı ilə müqayisədə may ayında istifadəçi sayının 3 dəfə artdığını böyük uğur kimi qələmə verməyə çalışdı.Gəlin azca dürüst olaq, yanvar ilə mayı müqayisə etmək özü çox gülməlidir... Yanvarda Bakı soyuq, rütubətli, küləklidir. Mayda isə insanlar parkda gəzir, dondurma yeyir, velosipedə minir. Təəccüblüdürmü? Əlbəttə ki, yox.Bu cür “rəqəmlərlə oyun” isə məmurların köhnə xəstəliyidir – təkcə bizdə yox, elə bütün dünyada.Cənab prezident də bu yaxınlarda müsahibəsində dedi ki, velosiped yolları əhalinin bir hissəsində narazılıq yaradır.Bir az da dəqiqləşdirək: insanları qıcıqlandıran velosiped yolu deyil. Əksər bakılılar bu ideyaya ya neytral, ya da müsbət yanaşır. Narazılıq hər səhər tıxacda dayanıb yanındakı boş asfaltı seyr etməkdir.Çünki hər gün üzləşdiyi tıxacın dərəcəsi artıb, avtomobil zolağı daha da daraldılıb, velosipedçi isə hələ görünmür...Və açığı, bu reallıqla mübahisə etmək çətindir. AYNA və Nəqliyyat qurumlarının bütün “qələbə” mesajlarına baxmayaraq, avtobus və velosiped üçün ayrılmış zolaqların artdığı dövrdə Bakıda tıxaclar azalmayıb, əksinə, daha da artıb.Üstəlik, velosipedçilərin sayı da gözəçarpacaq dərəcədə artmır.Bu nə deməkdir?• Ya insanlar velosipedə keçmək istəmir
• Ya da bu yollar orada lazım olan yerlərdə deyil
Hər iki halda nəticə eynidir: fayda əmsalı sıfıra yaxındır. Belə olanda velosiped yolları problemi həll etmir, əksinə, daha da dərinləşdirir.Əsas səbəb isə çox tanışdır. Velosiped yolları əvvəlcə harada lazımdırsa, orada salınmalıdır.Amma bizdə necə olur? - Əvvəlcə harada gözəl görünürsə, orada salınır.Yəni funksionallıq üçün yox, vitrin üçün edirik.Rahatlıq üçün yox, görüntü üçün edirik.Və sonra da yanvarla mayı müqayisə edib “uğur”elan edib, vitrinə qoyuruq, amma inanın ki, yerində olmadığı çox aydın görünür!https://t.me/carchinews/25674
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.