Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 2025-ci ildə 111,5 milyon manat xalis mənfəət əldə ediblər.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, BOKT-ların xalis mənfəəti 2024-cü illə müqayisədə 45,6 milyon manat və ya 29% azalıb.
Məlumata görə, bu ilin 1 yanvar tarixinə BOKT-ların aktivləri 1 milyard 243.6 milyon manat olub. Bu da illik müqayisədə 250,3 milyon manat və ya 25,2% çoxdur.
Qeyd edək ki, hesabat dövrü ərzində BOKT-ların öhdəlikləri 26,5% artaraq 679,3 milyon manata, balans kapitalı isə 23,6% artaraq 564,3 milyon manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!